Ramazan ayının başlaması ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
Bizim.Media xəbər verir ki, fətvada deyilir:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (Bəqərə, 183).
Günahların bağışlandığı, dua və ibadətlərin Allah-Təalanın dərgahında qəbul edildiyi rəhmət və bərəkət ayı olan Ramazani-şərif Allah məqamında ən yaxşı aylardandır, belə ki Qurani-Kərim İslam ümmətinə bu ayda nazil olmuş, min aydan xeyirli olan Qədr gecəsi bu aya təsadüf edir. Sonsuz nemətləri ilə bizi mükafatlandıran Uca Rəbbimizə dualar edirik ki, mübarək Rama...