Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı , bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir.
Bizim.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan...