Bu rayonlara qar yağır - FAKTİKİ HAVA
Dekabrın 26-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 26-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq və dağətəyi rayonlarda qar yağır.
Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda (Laza) 5, Göygöldə 4, Xaltan, Qax (Sarıbaş), Qobustanda 3, Şəki (Kişçay), Qəbələ, Altıağac, Şuşada 2, İsmayıllı, Şamaxı, Biləsuvar, Yardımlı, Ağdam, Lerik, Gəncə, Şəmkir, Gədəbəy, Quba, Oğuz, Xankəndi, Xocalıda 1 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 24, ...