53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...
1960-cı ildə inşası başa çatan, 32 il Kəlbəcər camaatına, onların qonaqlarına xidmət edən tunel düz 33 il əvvəl qanlı hadisələrə, onlarla ailənin faciəsinə səhnə oldu.
Həmin gün – 1993-cü il martın 31-də erməni silahlıları tərəfindən “Kəlbəcər tuneli”ndə mülki azərbaycanlılara qarşı növbəti qətliam törədildi. 200 metr uzunluğunda olan tuneldə 53 azərbaycanlının həyatına vəhşicəsinə son qoyuldu...
Kəlbəcərin işğalı
1993-cü il fevralın 15-də Ağdərənin işğalından sonra Kəlbəcər üçün gerisayım başlamışdı. Artıq martın əvvəllərindən rayon mərkəzi, kəndlər intensiv atəşə tutulurdu. Erməni silahlılarının növbəti hədəfinin Kəlbəcər olduğu hər kəsə bəlli idi. Ancaq həmin dö...