SON DƏQİQƏ! Ucuz mənzillər satışa çıxarıldı
Bazar qiymətindən xeyli aşağı, yeni, təmirli, ipotekaya yararlı mənzillər satışa çıxarılıb.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumata görə, ƏƏSMN-in sosial layihəsi çərçivəsində kv. metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzillərin satışı davam edir.
Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərində olan bu mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb, çıxarışlıdır, ipoteka krediti ilə də almağa uyğundur.
“Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili port...