Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO
Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba–Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda qeydə alınıb, bəzi çaylarda isə qısamüddətli sel hadisələri baş verib.
Böyük Qafqazdan axan çaylarda suyun səviyyəsi 2–61 sm artıb, Vəlvələçayda isə bu göstərici 196 sm təşkil edib. Hazırda ...