Ağdamda minaya düşən şəxsin SON DURUMU
Xəbər verdiyimiz kimi, ötən gün Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. Hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov traktorla çalışarkən minaya düşüb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ağdamda traktorçu minaya düşdü
Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə, şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub:
17.12.2025-ci il tarixində saat 22:40 radələrində 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ...