Şahbaz Şərif: "İstərdim ki, sabah Şuşaya səfər edim, lakin kəskin hava şəraiti var"
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şuşaya səfər etmək istəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşündə danışıb.
"Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik",- deyə Baş nazir vurğulayıb.
Bizim.Media...