SON DƏQİQƏ! MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 namizəd uğur qazanaraq, müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.
Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqq...