Sərnişinlərin NƏZƏRİNƏ! Bakıda avtobuslar adi qrafikə qayıtdı
Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya verilən məlumata görə, ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.
Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır:
“AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.
Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.
Onu da qey...