“OBA”dakı yanğın belə söndürüldü - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında baş vermiş partlayışla bağlı açıqlama yayıb.
Bizim.Media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360kv.m. olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən ...