Vaşinqton razılaşmasının sirri: Azərbaycan bölgədə sülhün memarına çevrilir
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında tarixi görüşdən sonra bölgədə sülh prosesinin davamlı olaraq irəlilədiyinin şahidiyik.
Təbii ki, prosesdə yenə də öncül mövqedə Azərbaycan çıxış edir. Mövcud real şərtlərin sahədə davamlı mahiyyət alması üçün rəsmi Bakı Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və əhəmiyyəti mühüm olan qərarlara imza atır.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Tranzit embarqosunun ləğvi
Bu günlərdə Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfəri çərçivəsində qazax həmkarı Kasım Jomart Tokayevlə görüşü...