Sarsılmaz qardaşlıq NÜMUNƏSİ – Azərbaycan, Türkiyə və Pakistan birliyinin STRATEJİ GÜCÜ
Xəbər verdiyimiz kimi noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi. Hərbi paradda iştirak etmək üçün qardaş ölkələrin liderləri - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana gəldilər. Üç ölkə liderinin bir araya gəlməsi tarixi dostluğun və əbədi qardaşlığın nümunəsi kimi yadda qaldı.
Sarsılmaz qardaşlıq
Hər kəsin xatirindədir ki, 44 günlük müharibə dövründə Azərbaycanın bütün bölgələrində Azərbaycan, Türkiyə və Pakistan bayraqları yanaşı asılırdı. Evlərin eyvanını, avtomobillərin arxa şüşələrini, iaşə obyektlərini h...