Əsrimizin BƏLASI – Azərbaycanda xərçəng xəstələrinin sayının artma SƏBƏBLƏRİ
Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd olunur. Hər il xərçənglə mübarizədə yeni üsullar, tibbi həllər düşünülür, tətbiq edilir. Çünki hər il sözügedən xəstəliyə yoluxanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır.
Ötən illərlə müqayisədə Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. 2022-ci ilin rəsmi rəqəmlərinə görə, ölkəmizdə 62 min 385 onkoloji xəstə qeydiyyatdadır. 2023-cü ilin statsitikasına görə isə hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qyediyyatdadır. Yəni bu rəqəm 2022-ci illə müqayisədə 7 min 5...