Milli Məclis Avropa Parlamentinə etiraz məktubu GÖNDƏRDİ
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Biz Avropa Parlamentinin martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şərai...