Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə ZƏNG EDİB
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam ...