XİN-də geniş kollegiya iclası keçirildi, tapşırıqlar verildi - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nazirlikdə geniştərkibli kollegiya iclası keçirilib.
Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.
Bildirilib ki, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.
Kollegiyanın iclası zamanı Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıql...