Öhdəliklərini yerinə yetirmədiyinə görə işdən çıxarılan işçilərin NƏZƏRİNƏ!
Ali Məhkəmə işçi və işəgötürən mübahisələrinə dair qərar qəbul edib.
Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, Ali Məhkəmənin qərarı ilə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üzrə vahid məhkəmə təcrübəsi müəyyən edilib.
Bildirilib ki, işin hallarına görə, işçi (iddiaçı) poliklinikaların birində həkim-mütəxəssis vəzifəsində işləyib.
Poliklinikanın 17.05.2022-ci il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Ə...