Piyadalara XƏBƏRDARLIQ – “Bu, birbaşa ölümə aparan addımdır” – VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Bizim.Media müraciəti təqdim edir:
"Yollarda hər bir hərəkət iştirakçısının davranışı birbaşa təhlükəsizlik mühitinə təsir edir.
Xüsusilə piyadalar üçün bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır.
Təəssüf ki, müşahidələrə görə bəzi hallarda piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmədən, nəqliyyat vasitələri üçün yüksək sürət nəzərdə tutulan yol sahələrini keçməyə cəhd edirlər. Belə addımlar, sözün əsl mənasında, birbaşa ölümə doğru atılan addımlardır.
Sürücü yüksək sürətlə hərəkət edərkən, qəfil qarşısına çıxan piyadanı görsə belə, avtomobilin tam dayanması...