Ermənistanla sərhəddən reportaj: Tovuzlular ermənilərlə ticarətin bərpasını istəyir? - VİDEO
“Ötən həftə Azərbaycan üzərindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyət aradan qaldırılmışdı. Bundan sonra Nikol Paşinyan İlham Əliyevə təşəkkür etmişdi. Bu dəfə isə yol təklif edir. Ermənistanın baş naziri bildirir ki, İrəvan da Türkiyədən Azərbaycana və geri tranzit yük daşımalarını təmin etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-nin “Xəbər Yekun” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, bu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan isə daha irəlini düşünür, deyir ki, Azərbaycanla ticarət əlaqələrinin bərpasını istəyirik:
“Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri 1988-ci ilin sonlarına qədər ol...