Masazırda DƏHŞƏTLİ YANĞIN: 2 nəfər həyatını itirdi - VİDEO
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yanğın bitişik digər evlərə keçməsinə imkan verilmədən tam söndürülüb. İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.
Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfind...