Rəsmi Bakı: “Aİ ilə Ermənistanın imzaladığı sənəd Azərbaycanla sülh gündəliyinə ziddir”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Aİ arasında imzalanan sənədi şərh edib.
Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.
Bildirilib ki, 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.
Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu i...