Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə START VERİLİR
Avqustun 26-sı saat 15:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilir.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.
Bildirilib ki, II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.
Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (//sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur.
II mərhələ üzrə seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:
- İmtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər;
- I m...