XİN: “Minanın partladığı yer keçmiş təmas xəttindən kənardır” - FOTO
Ermənistan tərəfindən Azərbaycan ərazilərində fərq qoymadan yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsinin sonundan bu yana qurbanların sayı 383 nəfərə çatıb:
“İnsidentin baş verdiyi yer Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən olduqca kənara mina yerləşdirməsinin daha bir sübutudur.
Böyük mənfi humanitar təsirləri və minalarla davamlı çirklənmənin sülhə və barışığa nail olmaq səy...