Elektomobillər ƏDV-yə cəlb ediləcək – RƏSMİ
							“Bizim büdcə daxilolmalarımız əsasən ƏDV-dən formalaşır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Şahin Bağırov elektrik nəqliyyat vasitələrinə ƏDV-nin tətbiqi məsləsinə də toxunub:
“2025-ci ilin 10 ayı ərzində ölkəyə 1760 elektrik maşını idxal olunub. Bu, çox az rəqəmdir. Çünki 2024-cü ildə bu rəqəm 3027-dir. Bu onun göstəricisidir ki, elektromobillərə cəmiyyətdə insanların marağı yoxdur. Daha çox daxili yanma mühərriki ilə təchiz olunmuş avtomobillə...