Azərbaycanda vətəndaşların fərdi məlumatlarını "Telegram"da satanların məhkəməsi BAŞLADI
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "//miq.edu.az/" və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Bizim.Media xəbər verir ki, toplanmış materiallar ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.
22 noyabr 2024-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib.
Məlum olub ki, Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə ...