FHN: Gəncədə dağıntının altında vətəndaşın meyiti çıxarıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xıdmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə ev uçqu - 1 ölü, 3 yaralı var
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntının altında qalıb.
Həyata keçirilən tədbirlər nəticə...