Sərnişinləri ölümdən xilas edən avtobus sürücüsü hadisə anını DANIŞDI - VİDEO
Ötən gün Biləcəri qəsəbəsində yük avtomobilinin körpüdən aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı həmin ərazidən keçən 92 nömrəli marşrut avtobusunun sürücüsü peşəkarlıq göstərərək sərnişinləri təhlükədən qoruyub.
Sürücü İTV-yə açıqlamasında bildirib ki, qırmızı işıqda dayanıb. Lakin birdən yuxarıdan yük avtomobilinin gəldiyini görüb və dərhal arxa istiqamətə hərəkət etməyə məcbur olub:
"Arxaya verməsəydim, sərnişinlər xəsarət alacaqdılar. Saniyələr önəmli idi. Qabağa gedə bilməzdim, yol dolu idi. Məcburiyyət qarşısında qaldım və arxaya verərək sərnişinləri xilas etdim. Heç bir şey ağımdan keçmirdi, əsas məqsəd sərnişin...