Prezident “Bakı Gəmiqayırma Zavodu” ilə bağlı qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Prezident İlham Əliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, yenilənmiş qanuna əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki Qaradağ Sənaye Parkının rezidenti - "Bakı Gəmiqayırma Zavodu" MMC üçün vergi-gömrük güzəştlərinin müddəti artırılıb.
Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmalar (mənfəət, əmlak və torpaq vergisindən azadolma) 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.
Eyni zamanda Qaradağ Sənaye Parkın...