Gömrük rüsumları ilə bağlı DƏYİŞİKLİK
Məclisdə “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Bizim.Media xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Yeni dəyişikliklərə görə, qanuna müəyyən əlavələr edilir.
Dəyişikliyə əsasən, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların qiymətləndirilməsi - Gömrük rüsumları üzrə güzəştlər və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi məqsədilə, bu güzəştlər və azadolmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdirilir.
Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəs...