Azərbaycanda illik inflyasiya AÇIQLANDI
Bu ilin yanvar ayında 12 aylıq inflyasiya 5,4 faiz olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5 faiz, qeyri-ərzaq malları üzrə 2,6 faiz, xidmətlər üzrə 8,4 faiz təşkil edib. İllik baza inflyasiya isə 4,3 faiz olub.
Azərbaycan Mərkəzi Bankından Bizim.Media-ya bildirilib ki, son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8,5 faiz təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10,7 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi ...