Sahibkarlıq subyektlərinin bölgüsü ilə bağlı YENİLİK - QƏRAR
Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalacaq.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə bununla bağlı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na yeni - 5-ci hissə əlavə edilib.
Qeyd edək ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkar, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manata...