DİM-də bir neçə fəndən hazırlıq kurslarına qeydiyyat BAŞLAYIR
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən hazırlıq kurslarına qeydiyyat başlayır.
Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrlər də iştirak edə bilərlər.
Qeydiyyat 28 oktyabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il saat 23:59-dək aparılır.
Hazırlıq kurslarında iştirak üçün nəzərdə tutulmuş ödəniş məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında "Şəx...