Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, noyabrın 15-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
Bizim.Media...