İlham Əliyev: “Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik”
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda bildirilib:
"Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir.
Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Şar...