Sabah "Formula 1"ə görə BU YOLLAR DA bağlanacaq
3 sentyabr tarixində saat 08:00-dan etibarən Xəqani küçəsi ilə Bülbül prospekti istiqamətində aparılacaq asfalt bərpa işləri ilə əlaqədar olaraq, günün müəyyən saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.
Qeyd edək ki, bu məhdudiyyətlər 19–21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.
Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etməl...