SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
Türkiyənin Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Mənbə qeyd edir ki, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.
Yerli vaxtla saat 12:35-də qeydə alınan zəlzələnin ocağı yerin 7,72 kilometr dərinliyindədir.
Yeraltı təkanlar Balıkesirin mərkəzi hissəsi də daxil olmaqla, bölgədəki bir çox vilayətdə hiss olunub.
Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sahə araşdırmalarına başlanıldığını bildirib.
AFAD-dan verilən açıqlamada hazırda zəlzələ ilə bağlı hasısa mənfi halın aşk...