Metroda bank kartı ilə ÖDƏNİŞ mümkün oldu
							Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.
Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb. Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib.
NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı ...