DYP-dən küləkli hava ilə bağlı MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
"Bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik baxımından aşağıdakı məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir:
- güclü külək müşahidə olunan ərazilərd...