Nəticələr AÇIQLANDI: 57 mindən çox abituriyent ali məktəbə qəbul oldu
Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Bizim.Media xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 57 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana ən çox bu ölkələrdən tələbə qəbul olunub – SİYAHI
27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub. Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas...