“Çıraq” platformasından indiyə qədər hasil edilmiş neft və qazın HƏCMİ
Cari ildə “Çıraq” platformasında ümumi hasilat təqribən gündə orta hesabla 21 min barel təşkil edib.
Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, bu yataqlar blokundan istismara verildiyi tarixdən cari il noyabrın 1-dək 106,8 milyon ton neft və 24,7 milyard kubmetr qaz hasil edilib.
Xatırladaq ki, Azərbaycan neft sənayesinin simvollarından sayılan “Çıraq” platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür.
“Çıraq”, “Azəri-Çıraq-Günəşli”dən ilk neft hasil edən platformadır.
Bizim.Media...