DİQQƏT: Paytaxtda qara görə bu yol bağlandı - FOTO
Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovazalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
“Bir daha sürücülərdən xahiş edirik sürət həddini hava şəraitinə uyğun tənzim etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülər buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir”, - məlumatda qeyd edilib.
Polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır.
Bizim.Media...