XİN: “Ermənistanın bu cəhdi də uğursuzluğa düçar OLDU”
BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu martın 13-də dərc olunmuş rəyini (A/HRC/WGAD/2024/46) alqışlayırıq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında bildirilib.
Qeyd olunub ki, “İşçi Qrup öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib.
Sözügedən rəydə xüsusilə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanun...