Bu şəxslərin maaşı ARTIRILDI – QƏRAR
Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verib.
Bizim.Media xəbər verir ki, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı
artım əmsalları tətbiq ediləcək:
1.1. baş həkim – 3,0 dəfə;
1.2. baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim
diyetoloq – 2,5 dəfə;
1.3. baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi,
mühasib – 2,0 dəfə;
1.4. təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 ...