Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib. Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
DİM-dən Bizim.Media-ya bildirilib ki, müsabiqədə 2 namizəd iştirak edib və rezidenturaya qəbul olunub.
Rezidenturaya qəbul olmuş namizədlər sentyabrın 5-dən 10-dək (18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında &l...