Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Sərəncamda əsasən, “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nın (bundan sonra – Konvensiya) 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətl...