Çökən yolla bağlı rəsmi açıqlama - FOTO
Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.
Qəza baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərin...