Xəzərdə xüsusi əməliyyat keçirildi: Atəş açıldı, yaralı var - VİDEO
Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında deyilir.
Tədbirlərin davamı kimi, dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.
Belə ki, sentyabrın 4-də saat 00:25-də Xəzər dənizinin...