İraq və Türkiyə arasında TARİXİ SAZİŞ imzalandı - VİDEO
Türkiyə və İraq arasında su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün mexanizm yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.
“Su Sahəsində Əməkdaşlığa dair Çərçivə Sazişi” çərçivəsində layihələrin maliyyələşdirilməsi mexanizmi haqqında razılaşma iki ölkə arasında su sahəsində əməkdaşlıqla bağlı çərçivə sazişinin icrasını təmin edəcək.
Sənəd Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraqın xarici işlər naziri Fuad Hüseyn tərəfindən imzalanıb.
Sazişə əsasən İraqın su ehtiyatları infrastrukturunun modernləşdirilməsi çərçivəsində Türkiyə şirkətləri tərəfindən həyata keçiriləcək layihələrin maliyyələşdir...