Zelenski: “Ukrayna üçün ləyaqətli sülhün təmin olunması üçün çalışırıq” - VİDEO
“Hazırda ABŞ tərəfi və avropalı dostlarımızla keçiriləcək görüşlərə hazırlaşırıq. Berlin bir çox tədbirlərə ev sahibliyi edəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib.
Onun sözlərinə görə, baş tutmuş təmaslarla bağlı Rustem Umerov və danışıqlar qrupu tərəfindən brifinq keçiriləcək:
“General Qnatov və Ukraynanın müdafiə və təhlükəsizlik sektorunun nümayəndələri Ukrayna və ukraynalılar üçün təhlükəsizlik zəmanətlərinin detalları üzərində işləyəcəklər.
Eyni zamanda, Ukrayna hökumətinin nümayəndələri ABŞ və Avropa ilə müharibədən sonrakı dövrdə Ukraynanın real bərpası və inkişafı məsələlərini müzakirə...